Azərbaycanda koronavirusla bağlı avqustun 6-na olan statistik göstəriciləri açıqlanıb.
NOCOMMENT.az TƏBİB-ə istinadən xəbər verir ki, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 050, ölkə ərazisində indiyə qədər 766 179 test aparılıb.
Məlumata görə aktiv xəstə sayı 3 493 nəfərdir, onlardan 263 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 144 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər isə vəfat edib.