İtkin kimi axtarışda olan qadın və övladı tapılıbbackend

İtkin kimi axtarışda olan qadın və övladı tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 3-də polis itkin düşmüş kimi axtarışda olan 4 nəfəri tapıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 2-də Nərimanov rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı kişi, mayın 14-də Qəbələ rayonunun Daşça kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı kişi, mayın 28-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qadın və övladı, iyunun 1-də Balakən rayonunun Mahamalar kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 29 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.