Dağıstan Respublikasının(Rusiya Federasiyası) Mahaçqala və Dərbənddə şəhərlərində antiterror əməliyyatı başa çatıb.
NOCOMMENT.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.
Bildirilib ki, vətəndaşların həyatı və sağlamlığı üçün təhlükələrin aradan qaldırılması ilə əlaqədar antiterror əməliyyatının hüquqi rejimi ləğv edilib.