“Zaporojye Atom Elektrik Stansiyasına dron hücumları qəbuledilməzdir və dayandırılmalıdır”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossin bildirib.
O qeyd edib ki, dronların zavoda və onun ətrafına qarşı tətbiqi getdikcə tez-tez baş verir.
Bu, tamamilə qəbuledilməzdir və əsas təhlükəsizlik prinsiplərinə ziddir. Baş direktor bunu Luç və Raduqa yarımstansiyalarına edilən hücumlar fonunda bəyan edib.