Keniyada hökumət əleyhinə etirazlar fonunda fövqəladə vəziyyət elan edilib.
NOCOMMENT.az xəbər verir ki, ölkənin Müdafiə Qüvvələri etirazlar fonunda polisə dəstək olmaq üçün yerləşdirilib.
Xatırladaq ki, iyunun 18-də Keniyada əlavə vergilərin tətbiqinə qarşı etirazlar başlayıb və bütün ölkəyə yayılıb. Paytaxtda və digər iri şəhərlərdə mitinqlər keçirilir.
Etirazçılar iddia edirlər ki, yenilik iqtisadiyyata ziyan vuracaq, yaşayış minimumunu artıracaq.İyunun 25-də Nayrobidə etirazçıların parlamentə daxil olması və həmçinin Nayrobi Şəhər Şurasının binasını yandırması ilə vəziyyət gərginləşib.