2013-cü ildən Azərbaycanda fəaliyyət göstərən Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunduğunu elan edib.
NOCOMMENT.az yeniavaz.com-a istinadla xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 1-ci Xəzər küçəsi, ev 5 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, hüquqi ünvanı Səbail rayonu, Neftçilər prospekti, ev 73-də yerləşən Bakı Fransız Liseyi Təhsil Kompleksinin qanuni təmsilçisi Aslanov İlkin Rafiq oğludur.