Baltik Donanmasının yeni komandiri təyin edildibackend

Baltik Donanmasının yeni komandiri təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vitse-admiral Sergey Lipilin Rusiya Hərbi Dəniz Qüvvələrinin Baltik Donanmasının komandiri təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

“Bəli, doğrudan da, vitse-admiral Lipilin Baltik Donanmasının komandiri təyin edilib”, – jurnalistlərə bildiriblər.

Bundan əvvəl Lipilin komandirin birinci müavini və qərargah rəisi vəzifələrində çalışıb. 2023-cü ilin aprelindən vitse-admiral Vladimir Vorobyov Baltik Donanmasının komandanıdır. Kadr dəyişikliyinin səbəbi açıqlanmır.