Kim Çen Inın bacısı Cənubi Koreya prezidentini sərt tənqid edibbackend

Kim Çen Inın bacısı Cənubi Koreya prezidentini sərt tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreya prezidenti Yun Sok Yeolun ölkəsini fəlakətə məhkum etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Kim Yo Conq Seulun hərbi təlimləri intensivləşdirməsini və KXDR sərhədi yaxınlığındakı atışma poliqonlarında atəşi bərpa etməsini heç bir əsası ola bilməyən təxribat adlandırıb. O, Cənubi Koreya ordusunun aktivləşməsini “ən pis siyasi böhranda olan Yun Sok Yeol və onun dəstəsinin vəziyyətin gərginləşməsi zamanı təcili çıxış tapmağa çalışması ilə əlaqələndirib.

Onun sözlərinə görə, Pxenyan və Seul arasında münasibətlər indi tarixin ən pis vəziyyətdədir. O, bildirib ki, Cənubi Koreya dövlət başçısı öz ölkəsini faciə sürükləyərək iki Koreya ölkəsini tarixdə ən pis münasibət həddinə gətirib çıxarıb.