Sumqayıtda 3 fəhlə qazdan zəhərlənibbackend

Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.

NOCOMMENT.az  Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.

Belə ki, Sumqayıt sakinləri – 1989-cu il təvəllüdlü Heydərov Rəşad Şahvələd oğlu, 1992-ci il təvəllüdlü Talıbov Valeh Balaş oğlu və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Anar Mütəllim oğlu işlədikləri müəssisədə istehsalat qazından zəhərləniblər.

Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.