Şəki rayonunun Oxud kənd sakini, 1995-ci il təvəllüdlü Abidova Aytən Tahir qızı iyulun 9-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Qeyd edilib ki, sonuncu dəfə evdən gedərkən üzərində şabalıdı rəngli cins şalvar, qara rəngli köynək və qara idman ayaqqabısı olub.