ABŞ prezidentliyinə namizəd Donald Tramp sanksiyaların tərəfdarı olmadığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, Tramp bunu “Bloomberg“ə müsahibəsində deyib.
“Bəli. Sanksiyalarla biz ancaq hamını özümüzdən uzaqlaşdırırıq. Buna görə də sanksiyaları sevmirəm”, – Tramp bildirib.
Agentlik həmçinin yazır ki, keçmiş prezident həm Tayvanı Çinin potensial təcavüzündən qorumaq, həm də Rusiyanı Ukraynadakı əməliyyata görə “cəzalandırmaq” səylərini bəyənmədiyini açıqlayıb.