Bu ərazilərdə qaz olmayacaqbackend

Bu ərazilərdə qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz verilişində məhdudiyyət olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə  “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22 iyul saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı dayandırılacaq:

“Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu, Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsində və SOCAR Nəqliyyat İdarəsi, Maşınqayırma zavodunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq”.