Fransada saxlanılan Telegram-ın qurucusu Pavel Durov 12 cinayətdə ittiham olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Paris prokurorluğunun saytında dərc olunmuş press-relizdə deyilir.
Reuters-in yazdığı kimi, Durov messencerdə maliyyə və kibercinayətlərlə mübarizədə əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
Fransa prezidenti Emmanuel Makron əmin edib ki, Durovun həbsi ilə bağlı qərar siyasi deyil.