“Formula 1”: “Beynəlxalq KİV nümayəndələri üçün media tur təşkil edilib”backend

“Formula 1”: “Beynəlxalq KİV nümayəndələri üçün media tur təşkil edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran-prisinin startı ərəfəsində beynəlxalq KİV nümayəndələri üçün ənənəvi media tur təşkil edib.

 

NOCOMMENT.az xəbər verir ki, bu barədə BŞH-dən məlumat verilib.

 

Media tur UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğundan başlayıb. Qoruq ərazisində yerləşən muzeylə tanış olan xarici jurnalistlərə Azərbaycanın tarixi və qədim qayaüstü təsvirlər haqqında ətraflı məlumat verilib.

 

Palçıq Vulkanları Turizm Kompleksində davam edən turda xarici KİV nümayəndələri palçıq vulkanlarının xüsusiyyətləri və maketi ilə tanış olublar. Sərgi zalı və emalatxananı ziyarət edən jurnalistlərə mərkəzdə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 80-ə yaxın nadir mineral haqqında məlumat verilib.

 

Media tur İçərişəhərdə yekunlaşıb. Burada xarici media nümayəndələri İçərişəhərin qədim küçələri və tarixi ilə tanış olublar.

 

Bakıdakı yarışı 300-ə yaxın yerli və xarici media nümayəndələri işıqlandıracaq.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək.