Baş Prokurorluq Gəncə şəhərində keçirilən əməliyyatla bağlı açıqlama verib.
Qurumun Mətbuat Xidmətindən NOCOMMENT-ə bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirilməsi ilə əlaqədar ictimaiyyətə yaxın vaxtlarda ətraflı rəsmi məlumat veriləcək.