ABŞ HƏMAS-İsrail razılaşmasının Baydenin səlahiyyət müddəti bitmədən bağlanacağını düşünmür – WSJbackend

ABŞ HƏMAS-İsrail razılaşmasının Baydenin səlahiyyət müddəti bitmədən bağlanacağını düşünmür – WSJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və HƏMAS, çətin ki, ABŞ prezidenti Co Baydenin səlahiyyət müddəti başa çatana qədər Qəzza zolağında atəşkəs barədə razılığa gələ bilsin.

NOCOMMENT.az xəbər verir ki, bu barədə cümə axşamı yüksək rütbəli Amerika rəsmilərinə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.

“Heç bir razılaşma görünmür. Mən bunun yekunlaşacağına qətiyyən əmin deyiləm”, – “The Wall Street Journal” yüksək rütbəli Amerika rəsmilərinə istinadən yazır.

Qeyd olunur ki, tərəflər ABŞ-da prezident seçkiləri başa çatana qədər “gözlə-gör” mövqeyini tutublar.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken İsraillə HƏMAS arasında atəşkəs razılaşmasının 18 bəndindən 15-nin razılaşdırıldığını bildirmişdi.

Ağ Ev həmçinin bildirib ki, Qəzza zolağında atəşkəslə bağlı danışıqlar hazırda aparılmır.