Təl-Əvivin cənubunda baş verən atışmada 8 nəfər ölüb – YENİLƏNİBbackend

Təl-Əvivin cənubunda baş verən atışmada 8 nəfər ölüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin paytaxtı Təl-Əviv şəhərinin cənubunda yerləşən ərəb rayonunda baş verən atışmada ölənlərin sayı 8 nəfərə çatıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Hazırda yaralı sayı 7 nəfərdir.

21:36

İsrailin paytaxtı Təl-Əviv şəhərinin cənubunda yerləşən ərəb rayonunda baş verən atışmada 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, zərərçəkənlərdən 4-nün vəziyyəti ağırdır.

20:58

İsrailin paytaxtı Təl-Əviv şəhərinin cənubunda yerləşən ərəb rayonunda atışma baş verib, nəticədə bir neçə nəfər yaralanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin cənubunda, yəhudi-ərəb əhalisinin qarışıq yaşadığı Yaffada qeydə alınıb. Açıqlamada bunun terror aktı olduğuna dair şübhələr olması da qeyd edilir.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.