Avropa İttifaqı Gürcüstanın siyasi rəhbərliyinin nümayəndələri ilə yüksək səviyyəli görüşlər keçirməmək qərarına gəlib.
NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Avropa İttifaqının səfiri Pavel Qerçinski deyib.
“Biz Avropa İttifaqı olaraq Gürcüstanın hazırkı hökuməti ilə yüksək səviyyəli əlaqə saxlamamaq qərarına gəldik”, – deyə o vurğulayıb.
Bununla əlaqədar olaraq, səfir əlavə edib ki, son vaxtlar Avropa rəsmilərinin Gürcüstana yüksək səviyyəli səfərləri və ya Gürcüstan Nazirlər Kabinetinin nümayəndələri ilə rəsmi görüşlər olmayıb.