Macarıstan müxalifət lideri baş nazir Viktor Orbanın Avropa Parlamentində keçirdiyi mətbuat konfransını pozmağa cəhd edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə HirTV məlumat yayıb.
HirTV teleşirkətinin məlumatına görə, bir kişi qışqıraraq zala daxil olub: “Nə vaxtdan bəri ölkəyə xəyanət edirsən, baş nazir?”
Orbanın hadisəyə sakit reaksiya verdiyi qeyd edilir.
Bundan əvvəl Orban Avropada sağçı qüvvələrin hakimiyyətə gələcəyinə ümid etdiyini bildirib.