Çin Tayvan sahillərində hərbi təlimə başladı – Məqsəd nədir?backend

Çin Tayvan sahillərində hərbi təlimə başladı – Məqsəd nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 14-də Çin Tayvan sahillərində “Birgə kəskin qılınc 2024B” adlı hərbi təlimlərə başlayıb.

 

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Xalq Azadlıq Ordusunun (AXO) Şərq Komandanlıq Zonasının sözçüsü Li Si bildirib ki, təlimin məqsədi Tayvanın əsas liman və ərazilərinə hücum etmək, bloklamaq və nəzarəti ələ keçirmək, habelə Tayvan separatçı qüvvələrini qorxutmaqdır.

 

Təlimlərdə quru, raket və digər qoşunlar, eləcə də Çin Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri iştirak edir. Təlimlər zamanı PLA gəmiləri və təyyarələri müxtəlif istiqamətlərdən Tayvana yaxınlaşacaq və obyektlər üzərində tam nəzarəti bərqərar etmək üçün dəniz və yerüstü hədəflərə simulyasiya edilmiş zərbələr endirməyi məşq edəcək.

 

Təlimlər ordunun döyüş qabiliyyətini və hərbi əməliyyatlar aparmaq üçün hazırlığını yoxlamağa kömək edəcək.

Öz növbəsində Çin Sahil Mühafizəsinin sözçüsü Liu Dejun qeyd edib ki, Çin Sahil Mühafizəsinin gəmilərindən ibarət dörd qrup asayişi qorumaq üçün Tayvan ətrafında patrul gəzməyə başlayıb.