Yaponiyada süni intellektlə idarə olunan dronlar təqdim edilibbackend

Yaponiyada süni intellektlə idarə olunan dronlar təqdim edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mitsubishi Heavy Industries (MHI) süni intellektlə təchiz edilmiş pilotsuz uçuş aparatlarının iki yeni modelini təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Army Recognition məlumat yayıb.

“MHI nümayəndələri təsdiqləyiblər ki, süni intellektlə təchiz edilmiş döyüş dəstəyi pilotsuz uçuş aparatlarının ilk sınaq uçuşları Yaponiyanın satınalma, texnologiya və logistika agentliyi ilə müqavilə əsasında 2025-ci ildə həyata keçiriləcək”, – materialda deyilir.

Dronlar Yaponiyada keçirilən Beynəlxalq Aerokosmik Sərgi zamanı təqdim edilib. ARMDC-20X modelinin uzunluğu təxminən altı metrdir. Onun əsas məqsədi kəşfiyyat olacaq.

İkinci dron modelinin adı hələ açıqlanmayıb. Onun uzunluğu 10 metr olacaq. Eyni zamanda, pilotsuz təyyarə hava döyüşü və hədəfin tutulması üçün istifadə edilə biləcək.