İsrail İrana hücum edərsə, Rusiya hərəkətə keçəcəkbackend

İsrail İrana hücum edərsə, Rusiya hərəkətə keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrailin mümkün hücumu halında Moskva və Tehran əməkdaşlıq edəcək”.

NOCOMMENT.az “Azad İran”a istinadən xəbər verir ki, bunu “Sky News Arabic” nəşri yazıb.

Qeyd olunub ki, Rusiya İrana özünümüdafiədə kömək edə bilər.

Vurğulanıb ki, Moskva bunu İsraillə münasibətlərə xələl gətirmədən edəcək.

Nəşrin iddiasına görə, Rusiyanın İrana yardımı hücum edən təyyarələrin aşkarlanması və elektron tıxacların yaradılması olacaq.