Harris: ABŞ Venesuelada hakimiyyəti dəyişmək üçün hərbi gücdən istifadə etməyəcəkbackend

Harris: ABŞ Venesuelada hakimiyyəti dəyişmək üçün hərbi gücdən istifadə etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları Venesuelada hakimiyyəti dəyişdirmək üçün hərbi gücdən istifadə etməyi planlaşdırmır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris Amerikanın ispandilli Telemundo telekanalına müsahibəsində bildirib.

Harrisin sözlərinə görə, Birləşmiş Ştatlar “orada Amerika hərbi qüvvələrini istifadə etmək niyyətində deyil”, lakin “sabit durmalı və bu seçkidə ifadə edilən xalqın iradəsinə hörmət etməlidir”.

O qeyd edib ki, Venesuelaya qarşı sanksiyalar da xalqın iradəsinə hörmət məqsədilə tətbiq edilib.