ABŞ-ın Suriyanın şərqində yerləşən hərbi bazası raket atəşinə tutulub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
Məlumata görə Suriyanın Deyr əz-Zor əyalətində yerləşən ABŞ hərbi bazasının ərazisində bir neçə partlayış səsi eşidilib.
Partlayışlar və mümkün dağıntılar barədə isə hələlik ətraflı məlumat verilməyib.