Zelenski “qələbə planı”nın bir hissəsi olaraq ABŞ-dan “Tomahawk” raketləri istəyibbackend

Zelenski “qələbə planı”nın bir hissəsi olaraq ABŞ-dan “Tomahawk” raketləri istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Zelenskinin ictimaiyyətə açıqlanmayan “qələbə planı”nın gizli hissəsi 2400 kilometrə qədər məsafə qət edə bilən ən son modifikasiyalı Amerika “Tomahawk” raketlərinin ötürülməsini nəzərdə tutur – bu, Ukraynaya verilən ATACMS-dən yeddi dəfə uzaqdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The New York Times” anonim yüksək vəzifəli amerikalı məmura istinadən məlumat yayıb.

“Qələbə planının” açıqlanmayan hissəsində Zelenski Ukraynanın “Tomahawk ” raketlərini alacağı “qeyri-nüvə qarşısının alınması paketi” təklif etdi”, – ABŞ hökumət rəsmisi deyib.

O, tələbi “tamamilə qeyri-mümkün” adlandırıb.

“Tomahawk” raketləri ABŞ-ın ən güclü silahlarından biridir və sualtı donanma da daxil olmaqla Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunur. Onların təxmini analoqu Rusiya Silahlı Qüvvələrinin Kalibr raketləridir.