Belçika Xarici İşlər Nazirliyi bildirib ki, İsrail BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini qadağan edən qanun qəbul etməklə beynəlxalq öhdəliklərini yerinə yetirməyib və zərərli presedent yaradıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bəyanatda deyilir ki, İsrail Knesseti (parlamenti) BMT Baş Assambleyası tərəfindən UNRWA-ya verilən mandatı açıq şəkildə rədd etmək qərarına gəlib. Bununla da İsrail birbaşa beynəlxalq hüququ pozur. BMT agentliyinin ölkədən çıxarılması BMT-nin çoxtərəfli sistemini ciddi şəkildə sarsıdan dağıdıcı presedentdir.
Oktyabrın 29-da İsrail Knesseti Yaxın Şərq Agentliyinin ölkədə fəaliyyətini qadağan edən qanun layihəsini təsdiqləyib.