Ukrayna hərbçiləri Qərb tərəfdaşlarının tədarük etdiyi silahlardan şikayətlənir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Newsweek” Ukrayna Silahlı Qüvvələrinin zabitinə istinadən yazır.
“Ən yaxşı silahlar (məsələn, GPS ilə idarə olunan Excalibur artilleriya mərmiləri kimi sistemlər) heç işləmir. Ən yaxşı pilotsuz təyyarələr uçmur”, – deyə ukraynalı hərbçi bildirib.
Qeyd olunur ki, Qərb pilotsuz təyyarələri və bir çox başqa silah növləri daim dəyişən cəbhə xəttlərində istifadə üçün uyğun deyil.
“Başqa bir amil xərcdir: Kiyev dronları sürətlə istifadə edir, bu o deməkdir ki, onlar bahalı ola bilməz”, – materialda deyilir.