Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna ilə bağlı kəşfiyyat məlumatları təqdim edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Qeyd olunub rəsmi Kiyev yaxın vaxtlarda daha çox ərazi itirə bilər.
Bildirilir ki, Türkiyə lideri ukraynalı həmkarını danışıqlar masasına oturmağa razı salmağa çalışacaq.
O da vurğulanır ki, Ərdoğan “G20” sammitində Zelenski ilə danışıqlar aparacaq.
Nəşr yazır ki, Ərdoğan Zelenskiyə NATO ilə bağlı planları azı 10 il təxirə salmağı təklif edəcək.
Bundan başqa, Türkiyənin təklifi Donbassda silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur. Ərdoğanın əlavə zəmanət olaraq orada beynəlxalq qoşun yerləşdirməyi və NATO-dan kənarda qalmağa razılıq verdiyinə görə kompensasiya olaraq Qərbin Ukraynaya hərbi təchizat verməsini təklif edəcəyi gözlənilir.