Ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı artıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 43 985 nəfərə çatıb, daha 104 092 nəfər yaralanıb” – məlumatda bildirilir.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 13 fələstinli ölüb, 84 nəfər yaralanıb.