BRİKS çərçivəsində Nobel mükafatına alternativin yaradılması təklif edilibbackend

BRİKS çərçivəsində Nobel mükafatına alternativin yaradılması təklif edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Prezidentinin müşaviri Anton Kobyakov bildirib ki, BRİCS ölkələri Nobel mükafatına alternativ yaratmaq barədə düşünməlidirlər.

NOCOMMENT.az xəbər verir ki, o, bunu Gənc Alimlərin IV Qurultayında keçirdiyi brifinqdə deyib.

“Nobel həftələrinin nəticələrinə əsasən belə bir fikir yarana bilər ki, dünyanın bütün elmi potensialı ABŞ-da cəmləşib, lakin bu, belə deyil”, – RİA Novosti Kobyakovdan sitat gətirir.

O, “Nobel mükafatına layiqli alternativ haqqında düşünməyə” çağırıb.

“Bəlkə BRİKS çərçivəsində, bəlkə də qeyri-dövlət əməkdaşlıq formaları əsasında, amma bunu etmək lazımdır… Bu, artıq müzakirə olunur”, – Rusiya prezidentinin müşaviri vurğulayıb.