AzTV-nin reklam departamentinin müdiri Süleyman Məmmədov işdən çıxarılıb.
NOCOMMENT bakıpost.z-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb kimi reklam pullarının mənimsənilməsi göstərilir.
Cəmi 5 ay əvvəl bu vəzifəyə təyin edilən S.Məmmədov AzTV sədri Rövşən Məmmədovun ən yaxın kadrlarından biri hesab olunurdu.