Sarkisyandan sensasiyalı etiraf – Azərbaycanlılar bilirdi ki…backend

Sarkisyandan sensasiyalı etiraf – Azərbaycanlılar bilirdi ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rövşən Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” analitik-informasiya proqramında Sarkisyanın sensasiyalı açıqlaması yer alıb.

NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki,Sarkisyan bunları deyib:

“Mən çox aydın ifadə etmişdim. 2000-ci ildə və bu gün də eyni cür ifadə edirəm. Azərbaycanlılar elə bilirdi ki, biz mülki əhaliyə əl qaldıra bilmərik. Biz həm ön xətti qoruyub, həm də arxada Azərbaycan yaşayış məntəqəsinin olmasına yol verə bilməzdik”.

“Erməni cəllad”ı soyuqqanlı şəkildə etdikləri vəhşiliyi etiraf edib.

Tibbi ekspert Ədalət Həsənov Xocalıda aşkarlanan bütün sümük qalıqlarında küt alətlərlə zədə izlərinin olduğunu bildirib. Hətta bəzi insan qalıqlarında küt alətlə yanaşı odlu silah, güllə yarasının olduğunu da vurğulayıb. Ədalət Həsənov onu da diqqətə çatdırıb ki, cəsədlər dəfn olunmayıb məhz gömülüb.

Xocalıda tapılan insan qalıqları bizə erməni vəhşiliyini sübut edəcək daha bir dəlilin olduğunun bariz nümunəsidir.

Videoda bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: