İstanbulda PKK-ya qarşı əməliyyat: saxlanılanlar varbackend

İstanbulda PKK-ya qarşı əməliyyat: saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində PKK-ya qarşı əməliyyat keçirilib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşları terror təşkilatın Suriya qolunun 8 üzvünün Türkiyə keçdiyini ortaya çıxarıb və bu şəxslərin ölkədə sosial şəbəkə üzərində təxribat xarakterli paylaşımlar etdiyini aşkarlayıb.

Bununla bağlı İstanbulun 7 bölgəsində eyni vaxtda keçirilən əməliyyat çərçivəsində 6 nəfər suriyalı şübhəli şəxs qismində saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı 1 tapança, 15 güllə, bir çox təşkilati sənəd və rəqəmsal material ələ keçirilib.