Azərbaycanın tanınmış müğənnisi Əli Mirəliyevin dünyasını dəyişdiyi ilə bağlı xəbər yayılıb.
NOCOMMENT xəbər verir ki, yayılan şayiələrlə bağlı kult.az-a danışan müğənni səhhətinin normal olduğunu bildirib.
“Ölüm xəbərimi hansısa vicdansız qəsdən yayır. Səhhətim normaldır. Özümü yaxşı hiss edirəm”, – deyə o bildirib.