Bu şəxslər 100 mln. manat depozit gəliri əldə ediblərbackend

Bu şəxslər 100 mln. manat depozit gəliri əldə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin yanvar ayında Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 100.8 milyon manat faiz ödəyiblər.

NOCOMMENT.az  Unikal-a istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 62.3% və ya 38.7 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 62.1 milyon manat depozit faizi ödəmişdilər.

Bu dövrdə banklar tərəfindən müddətli depozitlər üzrə 47.2 milyon manat, tələbli depozitlər üzrə isə 53.6 milyon manat faiz ödənilib.

Qeyd edək ki, cari il fevral ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6% artaraq 36 milyard 961 milyon manata bərabər olub.