Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan dəfələrlə geri qaytarılıb – ŞOK İTTİHAMbackend

Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan dəfələrlə geri qaytarılıb – ŞOK İTTİHAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-nın şöbə müdiri, professor Əbülhəsən Abbasov bu qurumun prezidenti Ramiz Mehdiyev haqda şok faktlar açıqlayıb.

NOCOMMENT yenisabah.az-a istinadən xəbər verir ki, o, AMEA prezidentini öz şəxsi bioqrafiyasını saxtalaşdırmaqda və savadsızlıqda ittiham edib: “Dəqiq yadımdadır ki, o, 1993-cü ildə Prezident Aparatına Ümumi şöbəyə müdir vəzifəsinə təyin olundu. Amma bu fakt onun bioqrafiyasında saxtalaşdırılaraq 1994-cü il kimi göstərilib. Ramiz Mehdiyev o zamana qədər elmi işini müdafiə edə bilmirdi. Hazırladığı dissertasiya işi yararsız olduğundan dəfələrlə Elmi Şura tərəfindən geri qaytarılmışdı.

PA-ya işə girdikdən sonra 1993-cü ildə öz elmi işini Elmi Şuraya qəbul etdirən Ramiz Mehdiyev, fəlsəfə elmləri üzrə doktorluq adını aldı. Təzyiqlə elmi ada yiyələnməyini ört-basdır etmək üçün isə PA-ya işə qəbul olunması tarixini saxtalaşdırıb”.