Təhsil müəssisəsini 1 ildən çoxdur ki, bitirən məzun hələ də diplomunu ala bilmir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Kamil Qarayev 2019-cu ildə Qərbi Kaspi Universitetinin nəzdində kollecə daxil olub.
2024-cü ildə isə təhsilini başa vurub. Amma hələ də ona diplom verilməyib.
Məsələ ilə bağı Qərbi Kaspi Universiteti ilə əlaqə saxladıq. Universitetdən “Xəzər Xəbər”ə bildirildi ki, problemdən xəbərdardılar. Tələbinin diplomunun gecikməsinə səbəb ixtisasında olan ad dəyişikliyi olub. Bu ayın sonuna qədər Kamil Qarayev diplomla təmin olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.