Serbiya prezidenti Aleksandr Vuçiç növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürmək fikrində olmadığını və ölkə konstitusiyasını dəyişmək niyyətində olmadığını bildirib.
NOCOMMENT.az bu barədə TASS-a istinadən bildirir ki, Vuçiç Avstriyanın Federal Kansleri Kristian Stokerlə görüşündən sonra mətbuat konfransı zamanı deyib: “Mən siyasi veteranam, artıq namizəd ola bilmərəm və konstitusiyaya dəyişiklik etmək fikrində deyiləm”. Serbiya prezidenti respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsinə də icazə verib. O, prezidentlik karyerasını “il yarımdan sonra” başa vuracağını vurğulayıb.