Hikan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi nəticəsində vəziyyət daha da ağırlaşıb.
NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə sürüşmə zonası daha da genişlənib. Yolda iri çatlar və çökmələr yaranıb. Ərazidəki iri gövdəli ağaclardan biri də kökündən qoparaq aşıb. Hazırda yolun hər iki hərəkət istiqaməti yararsız vəziyyətə düşdüyündən sürücülər həmin hissədən çətinliklə keçirlər.
Sakinlər bildirirlər ki, bu yol 6 kəndin əsas nəqliyyat bağlantısıdır və alternativ marşrut yoxdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazi nəzarətdə saxlanılır. Yaxın vaxtlarda geoloji-kəşfiyyat işləri aparıldıqdan sonra bərpa tədbirləri ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq.











