Nazirlik 9 milyon manatlıq təmir işləri üçün yarış açdıbackend

Nazirlik 9 milyon manatlıq təmir işləri üçün yarış açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən respublika üzrə təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işlərinin satınalması ilə bağlı iri həcmli tender elan edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 9.110.333,20 manat təşkil edir. Layihə çərçivəsində ölkə üzrə müxtəlif təhsil müəssisələrində istilik, su, elektrik və digər mühüm kommunikasiyaların yenilənməsi, həmçinin əsaslı və cari təmir işlərinin aparılması nəzərdə tutulur.