“Xızı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən elan edilmiş yanğınsöndürmə vasitələrinə, yanğından mühafizə sistemlərinə və generatorlara texniki xidmətlərin satın alınması üzrə tenderin qalibi bəlli olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Confirex” MMC olub.
Bağlanacağı gözlənilən müqavilənin məbləği 18.399,74 manat təşkil edir. Qalib şirkət həmin xidmətlərin göstərilməsi üçün seçilib.