Britaniya Fransadakı böhranın La-Manşda miqrant nəzarətini zəiflədə biləcəyindən narahatdırbackend

Britaniya Fransadakı böhranın La-Manşda miqrant nəzarətini zəiflədə biləcəyindən narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın hakimiyyət orqanları narahatdır ki, Fransadakı böhran səbəbindən La-Manş boğazını keçən qanunsuz miqrantlarla mübarizə zəifləyə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə The Times qəzetinin hökumət mənbələrinə istinadla məlumat verilir.

Məqalədə bildirilir: “Fransadakı siyasi vəziyyət mürəkkəbdir. Hələ də ümid edirik ki, onlar bu işi həyata keçirəcəklər, amma bu hadisələr fonunda vəziyyət çətinləşib.”

Qeyd olunur ki, söhbət La-Manşda miqrantların gəmi ilə keçməsinin qarşısının alınmasından gedir. Fransız qanunlarına görə, artıq boğazı keçən miqrantları saxlaymaq olmaz – fransız hüquq-mühafizə orqanları yalnız müəyyən hallarda müdaxilə edə bilərlər.

Fransa polisi artıq dəniz qanunvericiliyində dəyişikliklərin tərəfdarı olduğunu bildirib, bu da miqrant axınını quru ərazidə də dayandırmağa imkan verəcək.