Oracle proqram təminatı istehsalçısının həmtəsisçisi Larri Ellison ilk dəfə olaraq dünyadakı ən zəngin şəxslər siyahısında birinci yerə yüksəlib və sahibkar İlon Maskı qabaqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Ellisonun zənginliyi şirkətin səhm qiymətlərinin təxminən 40% artması sayəsində artıb. Bloomberg Billionaires Index-in hesablamalarına görə, Oracle həmtəsisçisinin sərvəti 393 milyard dollar təşkil edir və bir gün ərzində rekord artım olaraq 101 milyard dollar artıb.
Buna qarşılıq olaraq, İlon Maskın sərvəti 385 milyard dollar səviyyəsindədir.