Azərbaycanda yaxın gələcəkdə Türkmənistanın mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, iki xalqın xalçaçılıq sənətinin genişləndirilməsi üçün çalışılır:
“Axaltəkə və Qarabağ atları başda olmaqla qədim atçılıq sənətinin yenidən canlandırılması üçün çalışırıq. Türkmənistan TDT ölkələri ilə həmişə yüksək səviyyədə əlaqələr qurmağa hazırdır”.