Azərbaycan enerji sistemində yeni təhlükəsizlik və idarəetmə sistemi qurulurbackend

Azərbaycan enerji sistemində yeni təhlükəsizlik və idarəetmə sistemi qurulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan enerji sistemində qabaqcıl idarəetmə texnologiyaları tətbiq ediləcək.

NOCOMMENT.az xəbər verir ki, ölkədə yeni yaradılan bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq, idarəetməni qlobal standartlara uyğunlaşdırmaq və enerji sisteminin dayanıqlığını gücləndirmək məqsədilə “AzərEnerji” ASC ABŞ-ın SEL (Schweitzer Engineering Laboratories) şirkəti ilə birgə yeni layihəyə start verib.

layihə çərçivəsində Azərbaycanda WAMS – Geniş Ərazi Monitorinq Sistemi (Wide Area Monitoring System ) və WACS – Geniş Ərazi İdarəetmə Sistemi (Wide Area Control System) texnologiyaları tətbiq ediləcək.

İlk mərhələdə əsas elektrik stansiyaları və qovşaq yarımstansiyalarında 27 ədəd xüsusi ölçü cihazı – PMU quraşdırılır. Bu cihazlar real vaxt rejimində şəbəkədəki gərginlik, cərəyan və tezliyi dəqiq ölçərək məlumatları mərkəzi serverə ötürəcək. Bununla həm Azərbaycanın enerji sisteminə, həm də Rusiya, Gürcüstan və İranla olan enerji əlaqələrinə onlayn nəzarət imkanı yaranacaq. Bu texnologiya qəza risklərini vaxtında aşkar etməyə və onların böyüməsinin qarşısını almağa şərait yaradacaq.