“Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” publik hüquqi şəxsi bu il ölkədə qeyd olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti elmi tədbirə hazırlaşır.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, universitet “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII)” adlı tədbirin keçirilməsi ilə bağlı təşkilatçılıq xidməti satın alacaq.
Satınalmanın ehtimal olunan qiyməti 59.247,80 manat olaraq göstərilib.