Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla söhbətindən sonra dünən axşam saatlarında Kremldə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərini toplayıb.
NOCOMMENT.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Putin Təhlükəsizlik Şurasının üzvlərini ABŞ prezidenti ilə söhbətinin nəticələri barədə məlumatlandırıb.
Oktyabrın 16-da Vladimir Putinlə Donald Tramp arasında baş tutan telefon danışığında Ukraynadakı münaqişə əsas müzakirə mövzusu olub. İki lider Budapeştdə görüşmək barədə razılığa gəlib.
Bu, onların ikici görüşü olacaq.
Xatirə SADİQ