Rusiya prezidenti Valdimir Putin Macarıstanın baş naziri Viktor Orbanla telefon danışığı aparıb.
NOCOMMENT.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Cənab Orban Putinlə danışmaq niyyətində olduğunu deyirdi. Bax bu telefon danışığı baş tutdu”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Xatırladaq ki, Trampla Putin arasında dünənki telefon danışığından sonra Viktor Orban yüksək qonaqları qəbul etmək üçün hazırlıqlara başlanıldığını bildirdi. Onun sözlərinə görə, görüş yaxın iki həftə ərzində baş tuta bilər. Sammitin dəqiq tarixi hələ müəyyən edilməyib.
Qeyd edək ki, Ukrayna və Macarıstan liderləri arasında münasibətlərdə gərginlik hökm sürür.
Xatirə SADİQ