backend

“Zelenski Putinlə görüşə hazırdır, yalnız…” – Andrey Yermak   

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Rusiya və Belarusdan başqa dünyanın istənilən yerində görüşməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna president ofisinin rəhbəri Andrey Yermak “Axios” nəşrinə deyib.

Yermakın sözlərinə görə, Zelenski Trampla son söhbətlərinin birində bunu ABŞ prezidentinə çatdırıb. Amma Kreml lideri ardıcıl olaraq belə görüşlərdən imtina edir.

“Axios” həmçinin Zelenskinin “Rusiya son günlər sülh danışıqlarına qayıtmağa çalışır” fikrini sitat gətirib. “Biz artıq görürük ki, Moskva “Tomahavk”lar haqqında eşidən kimi dialoqu bərpa etməyə tələsir”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, Putin sentyabrın əvvəlində Zelenski ilə danışıqlar aparmaq üçün heç bir ölkəyə getməyəcəyini və yalnız Moskvada görüşməyə hazır olduğunu bildirirdi. Kreml nümayəndələri isə Amerika ilə Rusiya arasında danışıqlar prosesində ciddi tükənmə prosesindən bəhs edirdilər.

Xatirə SADİQ