Aİ Putinə giriş qadağası qoymayıb – Avropa Komissiyasıbackend

Aİ Putinə giriş qadağası qoymayıb – Avropa Komissiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyalara Avropa İttifaqı (Aİ) ölkələrinə giriş qadağası daxil deyil.

NOCOMMENT.az RBC-yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Anitta Hipper deyib.

“Görüş təsdiqlənməyib və biz hipotetik variantları şərh etməyəcəyik. Lakin belə giriş qadağası yoxdur”, – deyə o, Rusiya və Amerika liderlərinin Budapeştdə mümkün görüşü ilə bağlı sualı cavablandırarkən bildirib.

Hipper nəxərə çatdırıb ki, bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrova da aiddir.

Avropa Komissiyasının digər nümayəndəsi Olof Cill bəyan edib ki, əgər bu, Ukraynada davamlı və ədalətli sülhün əldə olunmasına töhfə verərsə, qurum Budapeştdə yeni Rusiya-ABŞ sammitinin keçirilməsini dəstəkləyəcək. Cill onu da qeyd edib ki, bu, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etməyəcək.

Xatırladaq ki, Aİ Putinə qarşı ilk dəfə sanksiyaları 2022-ci il fevralın 25-də, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlamasının ertəsi günü tətbiq edib.

Elə həmin gün Lavrov da sanksiyalar siyahısına əlavə edilib. Rusiya prezidenti ABŞ, Kanada, Böyük Britaniya və bir sıra digər ölkələrin də sanksiyalarına məruz qalıb. Aİ-nin Putin və Lavrova qarşı məhdudlaşdırıcı tədbirləri, digər məsələlərlə yanaşı, onların Birlik daxilindəki aktivlərinin dondurulmasını da əhatə edir.

Xatirə SADİQ